Portret | Oldos Haksli

— Rəsmlər? — Cənab Biqqer soruşdu, — demək rəsmlərə baxmaq istəyirsiniz. İndi muzeyimizdə müasir fransız və ingilis rəssamlarının əsərlərindən ibarət maraqlı, rəngarəng sərgi var.
Müştəri başını tərpədərək — yox, müasir rəsmlər istəmirəm, — yumşaq  şimali İngiltərə ləhcəsiylə dedi. — Mənə Rembrandtın, Reynoldsun əsərləri kimi qədim və əsl rəsmlər lazımdır.
— Olsun. Bizdə qədim əsərlər də var.
— Məsələ bundadı ki, bu yaxınlarda malikanə almışam.
Cənab Biqqer gülümsədi. Saf görünüşlü bu adamda insana təsir edən səmimiyyət var idi. Qəfildən ağlının ucundan onun necə bir var-dövlətə sahib olduğunu keçirdi. «Malikanə». İlk görüşdən bunu deməsi çox yaxşıydı. Qarşısındakı adam cəmiyyətin alt təbəqəsindən malikanə sahibliyinə, piramidanın alt qatından zirvəsinə qədər qalxmışdı. Onun həyat hekayəsi, sosial siniflərin tarixi xüsusi vurğu ilə dediyi «malikanə» sözündə gizlənmişdi.
Davamı →

Hər insanın yaddaşı onun şəxsi kitabxanasıdır

Tor qurmaq hörümçəyin mahiyyətində olduğu kimi dinə inanmaq istəyi də insanın mahiyyətindədir.

Xoşbəxtliyin və müdrikliyin sirri məşğul olduğun işi sevməkdir.

Sabitlik təbiətə və insan həyatına ziddir. Sabitlik ölümə bərabərdir.

Bir çox qadın və kişi əsarəti sevərək böyüyür və inqilab ağıllarından belə keçmir.

Məqsədsiz uşaqlar üçün milçəklər nədirsə, biz də tanrılar üçün oyuq. Əylənmək üçün bizi ölüdürürlər.

Bəlkə də dünya başqa bir planetin cəhənnəmidir.
Davamı →

Cəsur yeni dünya

Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Müasirləri onun iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı.

Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa… Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir.

Kitabdan serçmələr:
Və məhz elə bu xoşbəxtlik və məziyyətin sirridir-görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək.

Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı. Hə, amma mən suni xoşbəxtlikdənsə bədbəxt olmağı daha üstün tuturam.
Davamı →